// Social media share buttons Let's Travel

BLOQ



ARTEMİDA MƏBƏDİ




Artemidanın şərəfinə mərmər məbəd tikmək təklifini Knosslu  memar Xarsif verib.

 

Məbədin tikintisi bir əsrdən çox, 120 il davam edib. İbadətgahın uzunluğu 110, eni isə 55 metrə çatırdı. Məbəd o zamana qədər tikilən yunan məbədləri arasında ən böyük tikili idi. Onun ətrafında 18 metr hündürlüyündə iki cərgə daş sütun ucalırdı. Məbəd daxildən mərmər plitələrlə üzlənmişdi. Əsas zalda Artemidanın 15 metr hündürlüyündə, başdan-başa qızıl və daş-qaşla örtülmüş heykəli qoyulmuşdu. Məlumata görə, eramızdan əvvəl 356-cı ildə  Herostrat adlı şəxs tərəfindən məbəd yandırılıb.

 

Eramızdan əvvəl III minilliyin əvvəlində məbəd tamamilə bərpa edilərək əvvəlki görkəminə qaytarılıb. Artemida məbədi 263-cü ildə qotlar tərəfindən talan edilib, sonradan isə dağıdılıb. Artemisionun sütunlarının məşhur relyefləri indi Londondakı Britaniya Muzeyindədir. Hazırda sınmış sütunlardan biri bərpa edilərək məbədin yerində ucalır.