// Social media share buttons Let's Travel

BLOQ



İSKƏNDƏRİYYƏ MAYAKI




Eramızdan əvvəl 332-ci ildə  Makedoniyalı İskəndərin ölümündən sonra şəhər Misirin yeni hökmdarı I Ptolomey Soterin hakimiyyəti altına keçir. Eramızdan əvvəl 290-cı ildə Ptolomey günün qaranlıq vaxtında və pis havalarda şəhər limanına yaxınlaşan gəmilərə yol göstərmək üçün Faros adasında nəhəng mayak tikmək əmrini verir. Mayakın tikintisinə məşhur yunan memarı Knidli Sostrat rəhbərlik edib. Təxminən 150 metr hündürlüyü olan mayak  üçyaruslu qüllədən ibarət idi. Mayak 1500 ildən artıq müddətdə gəmilərə yol göstərib. Deyilənə görə, 1326-cı ildə baş vermiş güclü zəlzələ dünyanın ən böyük memarlıq əsərlərindən birini yerlə-yeksan edib.